İran Müharibəsinin yaratdığı iqtisadi təsirlər Asiya ölkələrinə ciddi zərbə vurmağa başlayıb. COVID-19 dövrünün təcrübələri əsasında fövqəladə vəziyyət planları yenidən nəzərdən keçirilir.


 


Sfera.az bildirir ki, 28 fevraldan bəri davam edən İran Müharibəsi enerji böhranına səbəb olub. Hörmüz Boğazının bağlanması və enerji təchizatındakı kəsintilər, xüsusilə neftdən asılı Asiya ölkələrinə mənfi təsir edib.


 


Beynəlxalq Enerji Agentliyinin strateji ehtiyatlardan 400 milyon barel neft təchizatı qərarına baxmayaraq, enerji qiymətlərindəki artım qlobal iqtisadiyyat üçün ciddi təhlükə yaradıb. 

Cənubi Koreya, Filippin və Yaponiya COVID-19 pandemiyası dövründə tətbiq olunan “evdən işləmə” və “maliyyə təşviqləri” strategiyalarını yenidən masaya qoyub. Regionda yanacaq qıtlığı səbəbindən sənaye istehsalı məhdudlaşır, hökumətlər isə Hörmüz Boğazının ticarət üçün açılmasını yeganə həll yolu hesab edir.


 


Cənubi Koreya enerji qənaəti üçün evdən işləmə sistemini tətbiq etməyi və əhaliyə qısa duş qəbul etmək, süpürgəni yalnız həftə sonları işlətmək tövsiyələrini verib.


 


Filippin, Tayland, Hindistan və Pakistan həftəlik iş saatlarını azaldıb, dövlət idarələrində evdən işləmə qərarları qəbul edilib. Filippin yanacaq qiymətlərinin 100% artması səbəbindən milli enerji fövqəladə vəziyyəti elan edən ilk ölkə olub.


 


Taylandda məmurlara xarici səfərləri dayandırmaq, qalstuk taxmamaq və lift yerinə pilləkən istifadə etmək tövsiyə olunub. Şri-Lanka çərşənbə günlərini tətil elan edib, Banqladeş universitetlərdə təhsili dayandırıb, Pakistanda isə məktəblər iki həftə bağlıdır.


 


Yaponiya benzin qiymətlərini litr başına 170 yen səviyyəsində saxlamaq üçün 800 milyard yenlik subsidiyə fonu ayırıb, Yeni Zelandiya isə aşağı gəlirli ailələrə həftəlik 30 dollarlıq nağd yardım ayırıb. Avstraliya isə yüksək qiymət artımlarına qarşı cəzaları ikiqat artırıb.


 


Regiondakı enerji ehtiyatları kritik səviyyəyə enib: Tayvanın 11 günlük, Banqladeş və İndoneziyanın isə 20 günlük ehtiyatı sənaye istehsalını dayanma həddinə gətirib.


 


Ekspertlər bildirib ki, mərkəzi banklar inflyasiya riski ilə üzləşdiklərinə görə faiz dərəcələrini artırmağı, həm böyüməni qorumağı, həm də qiymət artımlarını əngəlləməyi düşünürlər.


 


Bəsti Rəfizadə

Sfera.az