Azərbaycanda gələn həftə uzunmüddətli istirahət günləri olacaq.


 


Sfera.az xəbər verir ki, ölkədə ardıcıl olaraq iki bayramın qeyd olunması səbəbindən vətəndaşları 5 günlük qeyri-iş günü gözləyir.


 


Belə ki, mayın 27 və 28-i Qurban bayramı, 28 May isə Müstəqillik Günü kimi qeyd ediləcək. Bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar Əmək Məcəlləsinə uyğun olaraq mayın 29-u da qeyri-iş günü elan olunacaq.


 


Beləliklə, 27, 28 və 29 may tarixləri ilə yanaşı, həftəsonuna təsadüf edən 30 və 31 may da istirahət günü olacaq.


 


Azərbaycanda növbəti iş gününün isə iyunun 1-dən başlayacağı bildirilib.\