"İmam Hüseyn" məscidinə daxil olmaq istəyən şəxslərdən pul tələb olunub.


 


Sfera.az xəbər verir ki, yayılan görüntülərdə məscidə giriş zamanı bir şəxsin ziyarətçilərdən ödəniş istədiyi əks olunub. 


 


Məlumata görə, məscidə gələnlərdən 1 manat ödəniş etməkləri tələb olunur.


 


Görüntləri çəkən şəxslər bildirib ki, onlar məscidin yaxınlığında idmanla məşğul olublar və daha sonra məsciddən əl-züləri yumaq üçün istifadə etmək istəyiblər, bu zaman isə onlardan pul tələb olunub. 


 


Həmin görüntüləri təqdim edirik:


 


Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə sorğu göndərilib.\milli.az