“Bakıda tramvay və kanat yolu layihələri nəzərdə tutulur”


 


Sfera.az xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ümumdünya Şəhər Forumunun üçüncü günündə çıxışı zamanı deyib.


 


O qeyd edib ki, paytaxtda ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində mühüm addımlar atılır.


 


E.Əzizovun sözlərinə görə, hazırda şəhərdə avtobus xətləri genişləndirilir, metro stansiyalarının və velosiped zolaqlarının sayı artırılır.

“Yaxın vaxtlarda isə şəhər üçün yeni nəqliyyat növləri – kanat yolu və tramvay xəttinin tikintisi də nəzərdə tutulub”.


 


Bakı meri bildirib ki, hazırda paytaxtda 140 kilometrdən çox avtomobil zolağı və 80 kilometr velosiped zolağı yaradılıb.


 


Onun sözlərinə görə, bu addımlar şəhərsalma baxımından xüsusi əhəmiyyət daşıyır və Bakının daha rahat, müasir şəhərə çevrilməsinə xidmət edir.


 


Firuzə Əliyeva

Sfera.az