“Bakıda 300-dən çox park mövcuddur”


 


Sfera.az xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ümumdünya Şəhər Forumunun üçüncü günündə çıxışı zamanı deyib.


 


O bildirib ki, son illər Bakıda geniş abadlıq və quruculuq işləri həyata keçirilir, yeni parklar, yaşıl koridorlar və müasir küçə konsepsiyaları yaradılır.


 


E.Əzizov qeyd edib ki, paytaxt artıq “parklar şəhəri” kimi tanınır:


 


“Bu gün paytaxt ərazisində 300-dən çox park mövcuddur”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Bakıda 100 yeni park salınıb, 88 park isə əsaslı təmir olunub.


 


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtda 200-ə yaxın məhəllələrarası park istifadəyə verilib.

O həmçinin bildirib ki, yaxın zamanda yenilənən İslam Səfərli küçəsi sakinlərə yeni formatda təqdim olunub:


 


“Küçə demək olar ki, parka çevrildi”.




Firuzə Əliyeva

Sfera.az