“Bakının əhalisi 3,5 milyonu keçib”


 


Sfera.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ümumdünya Şəhər Forumunun üçüncü günündə çıxışı zamanı deyib.


 


O bildirib ki, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Bakı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.


 


E.Əzizovun sözlərinə görə, paytaxtda inşa olunan Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionu, Alov Qüllələri kimi memarlıq nümunələri dünyanın diqqətini cəlb edir.


 


O qeyd edib ki, hazırda Bakının əhalisi 3,5 milyonu keçib və gələcəkdə şəhərlərin rolu daha da artacaq:


 


“Alimlərin və futuroloqların vahid rəyinə görə insanların gələcəyi şəhərlərdə olacaqdır. Şəhərlər də buna hazır olmalıdır”.


 


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, iki il əvvəl paytaxtın yeni Baş Planı təsdiqlənib. Baş Plana əsasən şəhərin gələcək inkişafı çoxmərkəzli, çoxfunksiyalı və komfortlu şəkildə qurulur.




Firuzə Əliyeva

Sfera.az