“Bakıda iqlim dəyişib, bu sahədə islahat aparılmalıdır”


 


Sfera.az xəbər verir ki, bu fikirləri Eldar Əzizov Ümumdünya Şəhər Forumunun üçüncü günündə çıxışı zamanı səsləndirib.


 


O bildirib ki, son günlər Bakıda müşahidə olunan güclü yağışlar iqlim dəyişikliklərinin artıq açıq şəkildə hiss olunduğunu göstərir:


 


“Mən Bakıda anadan olmuşam, Bakıda böyümüşəm. Son yarım ildə biz çox ciddi olaraq hiss edirik ki, iqlim dəyişib. Srağagün olan yağış da bizim üçün bir çağırışdır”.


 


E.Əzizov qeyd edib ki, şəhər müxtəlif risklərə hazır olsa da, son hadisələrdən sonra xüsusilə yağış sularının idarə olunması istiqamətində yeni islahatlara ehtiyac olduğu aydın görünür:


 


“Şəhər hər cür risklərə hazırdır, amma bu gün gördük ki, yağışla bağlı bu sahədə islahat aparılmalıdır”.


 


Bakı meri vurğulayıb ki, iqlim dəyişiklikləri artıq yalnız ayrı-ayrı ölkələrin deyil, bütün planetin əsas problemlərindən birinə çevrilib. Onun sözlərinə görə, bu kimi beynəlxalq forumlar çıxış yollarının daha tez müəyyən olunmasına kömək edir.


 


Firuzə Əliyeva

Sfera.az