“Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) sədrliklə bağlı iki namizədin adı hallanır. Şəfiqə Məmmədova və Əli İsa Cabbarov. Bu adlar şərti olaraq verilib. Əslində real namizədlər qurultayda və ya onu əvəz edən konfransda məlum olur”.
Bunu “Yeni Sabah”a açıqlamasında ittifaqın katibi, şair Baba Vəziroğlu deyib.
O bildirib ki, hər kəs AKİ-yə sədrliyə namizəd irəli sürmək iqtidarıdadır: Sezar pizza
“Lakin həmin şəxslərin sədrliyə rəsmi namizəd olması da səvermə ilə müəyyənləşir. Əgər həmin namizəd səs çoxluğu qazanırsa, deməli o, AKİ sədrliyinə namizəd ola bilər. Belə olan halda sona təqribən 3-4 nəfər qalır. Onlar da yenidən səsverməyə çıxarılır. Kim çox səs toplasa, o adam Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilir. Nizamnamənin tələbləri bundan ibarətdir. Başqa danışılan hər şey çayxana söhbətləridir”.
İttifaqın katibi söyləyib ki, indiki məqamda qurultay keçirilməsinin əleyhinədir. Onun fikrincə, hazırda buna ehtiyac yoxdur:
B.Vəziroğlu qeyd edib ki, AKİ sədri vəzifəsini Şəfiqə Məmmədova icra etməlidir:
“Çünki Nizamnamədə də belədir ki, sədr vəfat edirsə, onu növbəti qurultaya qədər birinci katib əvəzləyir. Yenə də artıq qurultay təyin olunub və orada qarşıdurma yaranmasını istəmirik. Qıraqdan baxıb deməsinlər ki, ortada kino yoxdur, amma bunlar sədrlik üstündə dalaşırlar. Amma görürəm ki, bu qaçılmaz olacaq. Çünki artıq qruplaşmalar yaranıb. Müəyyən tərəf deyir ki, sədr Şəfiqə Məmmədova olmalıdır. Digər tərəf də bildirir ki, başqası seçilməlidir. Hər kəs öz namizədini irəli sürür. Mənim ürəyimdə bir Rasim Balayev var idi, onu da itirdik. Amma indiki vəziyyətə baxanda Şəfiqə Məmmədovanı dəstəkləməyi düşünürəm. İttifaqda yeni təlatüm yaradılmasının tərəfdarı deyiləm”.
Qeyd edək ki, AKİ sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. Qurum yeni sədr seçmək üçün mayın 26-da növbədənkənar qurultay keçirəcək.
Hələlik həmin vəzifəyə iki namizəd var: İttifaq sədrinin səlahiyyətlərini icra edən Xalq artisti Şəfiqə Məmmədova və qurumun katibi, rejissor Əli İsa Cabbarov.
Aydan Hacı
Telegram kanalımız