Məşhur müğənni Yusuf Güney azadlığa çıxdıqdan sonra sosial media hesabında pərəstişkarlarını həm sakitləşdirib, həm də ruhlandıran paylaşım edib.


 


Sfera.az xəbər verir ki, aprel ayında Güney rəqəmsal platforma proqramı zamanı “Ayahuasca çayı”nın istehlakını təşviq etdiyi iddia edilən açıqlamaları səbəbindən həbs olunmuş, daha sonra ev dustaqlığına buraxılıb.


 


Azadlığa çıxdıqdan dərhal sonra yayımladığı videoda müğənni belə deyib: 


 


“Hər şey yaxşıdır, narahat olmayın. 33 günlük həbsim bitdi, yaxşıyam, evdəyəm”.


 


Güney həmçinin bu sınaqdan sonrakı həyata müsbət baxışını da bölüşüb: 


 


“Hər pis şeydə bir xeyir var. Bu həyatda heç bir şey məqsədsiz və səbəbsiz deyil. Bunda da bir xeyir var, hamınızı öpürəm”.


 


Ev dustaqlığı zamanı yanında olan pişiyi ilə çəkdirdiyi foto isə sosial mediada böyük marağa səbəb olub. Güney paylaşımında hisslərini belə ifadə edib:

“Bu qədər kiçik bir bədənə nə qədər sevgi sığır bilmirəm, amma sən günlərimi işıqlandıran ən şirin varlıqsan. Özümü pis hiss etdiyim zaman sənin bir baxışın belə ürəyimi isindirməyə kifayət edir. Yanımda olduğun üçün çox şadam”.




Müğənninin səmimi paylaşımı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Pərəstişkarları onun çətin dövrü dəf etdiyini və sağaldığını görməkdən məmnun olduqlarını ifadə ediblər.


 


Mənsumə

Sfera.az