Göyçay sakini Bakı şəhərində yerləşən hündürmərtəbəli binadan düşərək dünyasını dəyişib.


 


Sfera.az bildirir ki, hadisə bu gün axşam saat 18:00 radələrində qeydə alınıb.


 


Belə ki, 2011-ci il təvəllüdlü Xəlilova Nuray Elçin qızı binanın 16-cı mərtəbəsindən yıxılıb. İlkin məlumata görə, N.Xəlilovanın ehtiyatsızlıq ucbatından yıxılaraq dünyasını dəyişdiyi qeyd olunur.


 


Faktla bağlı araşdırma aparılır./metbuat