Suriya Prezidenti Əhməd Şara sosial mediada ABŞ Prezidenti Donald Trampdan aldığı hədiyyənin şəklini paylaşaraq təşəkkürünü bildirib.
Sfera.az xəbər verir ki, Şara paylaşımında Tramp tərəfindən göndərilən iki şüşə ətir və Ağ Evin blankındakı şəxsi qeydi nümayiş etdirib.
Paylaşımda Trampı etiketləyən Şara yazıb:
“Bəzi görüşlər iz buraxır; bizimkilər isə görünür, qoxu buraxıb. Cənab Prezident, səxavətinizə və bu qiymətli hədiyyəni yenilədiyinizə görə təşəkkür edirəm. Ümid edirəm ki, bu görüşün ruhu Suriya ilə ABŞ arasında daha güclü münasibətlərin formalaşmasına xidmət edəcək”.
Şaranın paylaşdığı şəkildən görünür ki, Ağ Evin loqosu olan qeyddə Tramp yazıb:
“Əhməd, hamı sənə bu gözəl ətiri verəndə çəkdiyimiz fotodan danışır. Bitmiş olması ehtimalına görə sənə yenisini göndərirəm” – deyə Tramp qeyd edib.
Mənsumə
Sfera.az