Yaşlanma ilə birbaşa bağlı olan tənhalıq son illərin ən ciddi sağlamlıq böhranlarından biri hesab olunur. Maraqlıdır ki, Şimal ölkələri və Qərbi Avropada tənhalıq nisbəti digər ölkələrə nisbətən daha aşağıdır.




Müasir həyat texnoloji şəbəkələr vasitəsilə bizi birləşdirsə də əksinə olaraq tənhalıq hissi qlobal epidemiyaya çevrilib. Sosial media üzərindən yüzlərlə insanla əlaqədə olsalar da bir çox insanlar izdiham içində belə tənhalıq hiss edir.




Sfera.az xəbər verir ki, Emory Universitetinin 29 ölkəni əhatə edən araşdırmasına görə, ən yüksək tənhalıq nisbətlərinə malik ölkələr bunlardır:




Yunanıstan 


 


İqtisadi böhran və yüksək işsizlik səbəbindən tənhalığı artırır.


 


Kipr 


 


Sosial və iqtisadi amillər tənhalıq səviyyəsini yüksəldir.


 


Slovakiya


 


Gənclər arasında gələcək narahatlığı səbəbindən daha çox tənhalıq hiss olunur.


 


İtaliya 


 


Böyük ailələrə baxmayaraq, sosial əlaqələr yetərli deyil.


 


ABŞ 


 


Orta yaşlı insanlar yaşlılara nisbətən daha çox tənhalıq yaşayır.


 


İsrail 


 


İşləməyən qadınlar və yaşlılar tənhalığın əsas qrupunu təşkil edir.


 


Çexiya 


 


Sosial və iqtisadi dəyişikliklər tənhalığa təsir edir.


 


Rumıniya


 


Tənhalıq nisbəti son doqquz ildə təxminən beş dəfə artıb.


 


Bolqarıstan 


 


Əsasən təqaüdçülər arasında tənhalıq geniş yayılıb.


 


Latviya


 


Baltikyanı ölkələr arasında ən yüksək tənhalıq səviyyəsinə malikdir.


 


Araşdırmalar göstərir ki, tənhalıq yalnız fərdi hiss deyil, həm də iqtisadi və sosial problemlərin əksidir. Şəhərləşmə, fərdiləşmə, rəqəmsallaşma və uzun iş saatları insanların real sosial əlaqələr qurmasını çətinləşdirir.


 


Mütəxəssislər bildirirlər ki, sosial mediada çox vaxt keçirmək, iqtisadi çətinliklər və sürətli həyat tərzi tənhalıq və emosional narahatlığı artırır.




Mənsumə

Sfera.az