Birinin əsl xarakterini yalnız üzünə baxaraq müəyyən etmək mümkündürmü? Çinlərin minillik üz oxuma sənəti “Mian Xiang” buna mümkün olduğunu iddia edir. Bu qədim ənənə eramızdan əvvəl 2700-cü illərə dayanır və ailələr uşaqları üçün ən uyğun həyat yoldaşını seçmək üçün istifadə ediblər.
Sfera.az xəbər verir ki, mütəxəssislər və Şərq fəlsəfəsi üz oxumağa görə, ideal partnyor seçərkən diqqət yetirilməli olduğu xüsusiyyətlər bunlardır:
Böyük, dolğun gözlər
Gözlər ruhun aynası sayılır. Dəyirmi və badam formalı gözlər hissləri açıq-aydın göstərir ünsiyyətə açıq və romantik insanlara işarə edir.
Əyri və uzun qaşlar
Sakit xasiyyət və yüksək zəka əlamətidir.
Ətli və ya dolğun burun
Burun güc və iş etikasının göstəricisidir. Ətli və yuvarlaq burun ucu həm səmimiyyət, həm də əzm simvoludur.
Geniş və ya yuvarlaq çənə
Geniş çənə uzunmüddətli münasibətlər və sədaqətin simvoludur.
Dolğun və simmetrik dodaqlar
Dolğun və simmetrik dodaqlar şəfqət, romantik təbiət və stressdən uzaq həyat göstəricisidir.
Böyük qulaqcıqlar
Qulaqcıq qulaq “mirvarisi” hesab olunur. Böyük qulaqcıqlar səbir, müdriklik və böhran dövrlərində yetkinlik deməkdir.
Çin üz oxuma sənəti əsasında deyilir ki, bu xüsusiyyətlərə malik insanlar sevgi dolu, uzunmüddətli və səmimi münasibət qurmağa daha meyllidirlər.
Mənsumə
Sfera.az