Samux rayonunda yas mərasimində kütləvi zəhərlənmə baş verib.


"Yeni Sabah" "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.


Belə ki, kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıblar. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Dördpendirli pizza


İlkin məlumata görə, həmin şəxslər yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.


Faktla bağlı araşdırma aparılır.



Telegram kanalımız