Rusiya Tibb Akademiyasının alimləri insanların tez-tez verdiyi maraqlı sualın cavabını araşdırıblar: niyə başqasının boşqabından gizlicə götürülən kartof qızartması daha dadlı görünür?
Sfera.az xəbər verir ki, “Food Quality and Preference” jurnalında dərc olunan araşdırmada 120 nəfər iştirak edib.
Təcrübə zamanı iştirakçılara eyni kartof qızartması üç fərqli formada təqdim olunub: rəsmi şəkildə təklif edilən, hədiyyə olunan və xəbərsiz şəkildə götürülən.
Araşdırmanın nəticələri diqqətçəkici olub. İştirakçılar ən çox gizlicə “oğurladıqları” kartof qızartmalarından zövq aldıqlarını bildiriblər. Hətta yaxalanmaq qorxusu artdıqca, yeməyin daha dadlı hiss edildiyi qeyd olunub. Onların sözlərinə görə, həmin kartoflar daha xırtıldayan, daha duzlu və daha ləzzətli təsir bağışlayıb.
Alimlər bu halı psixoloji amillərlə əlaqələndirirlər. Onların fikrincə, qadağan olunmuş hərəkətlərin yaratdığı adrenalin hissi və daxili günahkarlıq emosiyası sadə bir yeməyi belə daha maraqlı və unudulmaz edir.
Niyaz Hacıyev
Sfera.az