Amerikalı “UFC” döyüşçüsü Şon Striklend kişilərin müasir cəmiyyətdə formalaşması ilə bağlı sərt fikirləri ilə yenidən gündəmə gəlib. 




Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan açıqlamasında Striklend əvvəlki nəsillə indiki gənclər arasında ciddi fərqin yarandığını bildirib.




O qeyd edib ki, keçmişdə kişilər daha çox döyüş meydanlarında, boks və güləş zallarında formalaşırdı:




“Kişilər keçmişdə döyüş meydanlarında, boks və güləş salonlarında formalaşardı. İndi isə “TikTok”da vaxt öldürən oğlan uşaqları ilə doludur”.




Striklendın sözlərinə görə, müasir cəmiyyətdə “kişi kimi formalaşma” anlayışı zəifləyib və bir qədər sərt xarakterə malik olan insanlar artıq problemli şəxs kimi qəbul edilir:




“Kişi kimi formalaşmağın səviyyəsi o qədər düşüb ki, azacıq da olsa kişi kimi formalaşmısınızsa, cəmiyyətdə bəlalı bir adama çevrilirsiniz. Təşəkkürlər toplum, çoxlu zəif insanlar yaratdınız”.




Qeyd edək ki, qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gələn Şon Striklend daha əvvəl də sosial media, müasir kişilik anlayışı və influencer mədəniyyəti ilə bağlı sərt fikirlər səsləndirib. 




Fidan Hacızadə

Sfera.az