Banqladeşin Narayanqanclə bölgəsində yaşayan fermer Ziya Uddin Mridha sosial mediada böyük maraq doğuran albinos camışla gündəmə gəlib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, sarı tükləri və ABŞ Prezidenti Donald Trampın saç düzümünə bənzər görünüşü ilə diqqətçəkən 700 kiloqramlıq camış “Donald Tramp” ləqəbi ilə tanınıb.
Fermerin sözlərinə görə, camışın saç düzümü və nadir görünüşü insanları cəlb edib və may ayından etibarən çox sayda ziyarətçi fermaya axışaraq heyvanla şəkil çəkdirmək istəyib. Məlumatlara görə, heyvan gündə dörd dəfə yuyulur və xüsusi qulluq göstərilir. Ziya Uddin Mridha bildirib ki, “Onun Donald Trampa bənzədiyi tək şey tükləridir”.
Rəsmilər albinos camışların olduqca nadir olduğunu bildirirlər. Sosial media fenomeninə çevrilən heyvanın Qurban bayramı zamanı kəsiləcəyi açıqlanıb. Ferma sahibi isə əlavə edib: “Buna görə darıxacağam, amma Qurban bayramı ənənəsinə uyğun olaraq qurban kəsilməlidir”.
Mənsumə
Sfera.az