Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 219-cu kilometirliyində qeydə alınıb.


 


Hadisə zamanı “Mercedes” və “Toyota Prius” markalı avtomobillər toqquşub.


 


Nəticədə, 2002-ci il təvəllüdlü Əhmədov Əhməd Habil oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


 


Faktla bağlı araşdırma aparılır. Qafqazinfo.az