Çinin Hunan əyalətindəki bir təbiət parkı inqilabi bir təşəbbüsə imza atıb.


 


Sfera.az bildirir ki, dünyanın "ən əlverişsiz" və "ən uyğunsuz" mağazası adlandırılan iki kvadrat metrlik taxta daxma yerdən 120 metr yüksəklikdə dik bir uçurumun kənarında asılıb. Bu mağazada çalışan işçilər hər gün onlarla kilo ləvazimatları kürəklərində uçuruma daşıyırlar.




Nəfəs kəsən mənzərələri və ekstremal dağ fəaliyyətləri ilə məşhur olan Çinin cənubundakı Şiniuzhai Təbii Gözəllik Bölgəsi misli görünməmiş bu mağazası ilə dünya mətbuatında manşetlərə çıxıb.


 


Öküzlərə bənzəyən təpələrinin adını daşıyan "Daş Öküz Kəndi" (Şiniuzhai) alpinistlərin susuzluq və aclıq problemini həll etmək üçün inanılmaz bir üsula əl atıb. Yerdən 120 metr yüksəklikdəki dik qayalıqlarda quraşdırılmış kiçik taxta daxma alpinistlər üçün yeganə ümid yerinə çevrilib. 


 


Tam bir illik tikintidən sonra 2018-ci ildə açılan və sosial mediada yenidən viral hala gələn bu kiçik bazar, 800 metrlik "via ferrata" (italyanca: Dəmiryolu) marşrutunda yerləşir.


 


Dik qayalıqlarda hərəkət edərkən alpinistlərin təhlükəsizlik üçün istifadə etdikləri metal lövbərlərdən ibarət olan bu çətin yol, dağın zirvəsinə çatmaq üçün tam 90 dəqiqə çəkir.


 


“Şiniuzhai” şirkətinin baş meneceri Song Huizhou bildirir ki, bu çətin səyahətə çıxan hər bir alpinist mağazaya çatdıqda pulsuz bir şüşə su almaq hüququna malikdir.


Mağazanın mövcudluğu alpinistlər üçün böyük bir şans olsa da, orada işləmək əsl peşəkarlıq səviyyəsi tələb edir.


 


Çin sosial şəbəkəsi “Weibo”da yüz minlərlə izləyicisi olan istifadəçilər zarafatla: "Bu, həqiqətən də işçilər üçün çox çətin bir vəziyyətdir" deyirlər. Mağazanın logistikası tamamilə insan əməyindən asılıdır.




Mağaza işçisi deyir ki, hər gün onlarla şüşə su və qəlyanaltıları çantalarına yığaraq dik qayaya aparırlar. Bu amansız əməyə baxmayaraq, mağazadakı məhsullar fantastik artıq qiymətə satılmır: bir şüşə içki alpinistlərə cəmi 5-7 yuana (1 dollardan az) çatdırılır.




64 milyon əhalisi və sahil xətti olmayan Hunan əyaləti, rejissor Ceyms Kameronun əfsanəvi 2009-cu ildə çəkilmiş "Avatar" filmində uçan dağ mənzərələrinə ilham verən Zhangjiajie Milli Meşə Parkının əzəmətli sütun qayalarının yanında yerləşir.


 


Uçurumun kənarındakı bu iki kvadrat metrlik mağaza həm qeyri-adi memarlığı, həm də işçilərinin inanılmaz qətiyyəti ilə bütün dünyada hələ də maraq mövzusudur.


 


Aynil