Yuxu mütəxəssisləri bildirirlər ki, bədənin səhərə təravətli və enerjili oyanması üçün əsas sirr əvvəlki gecədən başlayır. Onların sözlərinə görə, çox ekrana baxmaq və stressli axşamlar beynin “istirahət vaxtı” siqnalını poza bilər. Nəticədə dərin yuxu mərhələsinə keçə bilməyən beyin səhər halsızlıqla oyanmağa səbəb olur.




Sfera.az xəbər verir ki, həkimlər bədənin bioloji saatını (sirkadian ritmini) tənzimləməyin ən effektiv yolunu “10-3-2-1 qaydası” olaraq təqdim edirlər.




Qayda necə işləyir?




Yatmazdan 10 saat əvvəl: Kofe və digər kofeinli içkilərin qəbulunu dayandırın. Günorta içilən qəhvə bu vaxtdan sonra bədəndən tamamilə çıxmış olur.

Yatmazdan 3 saat əvvəl: Ağır yeməklərdən çəkinin. Bu bədənin gecə boyu həzm əvəzinə bərpa və yenilənməyə diqqət ayırmasına imkan verir.

Yatmazdan 2 saat əvvəl: İş elektron poçtlarını yoxlamaq, sabah üçün plan qurmaq və ya stresli mövzularla məşğul olmaqdan çəkinin. Beyninizi dincəlməyə və istirahətə buraxın.

Yatmazdan 1 saat əvvəl: Bütün ekranları (telefon, planşet, televizor) söndürün, çünki mavi işıq melatonin istehsalını dayandırır. Bunun əvəzinə kitab oxumaq və ya sakitləşdirici musiqi dinləmək tövsiyə olunur.




Bu sadə addımlar səhər enerjili oyanmaq və mürgüləmə düyməsinə ehtiyac qalmamaq üçün effektiv üsuldur.


 


Mənsumə

Sfera.az