Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçimi ilə bağlı keçirəcəyi qurultayın (konfrans) tarixi və yeri məlum olub.


“Yeni Sabah” xəbər verir ki, bu barədə AKİ məlumat yayıb.


Qurultay mayın 26-sı saat 14:00-da “Landmark Hotel”in “Rotunda”zalında təşkil olunacaq: pizza sifarişi


“Qeydiyyat saat 13:00-dan başlayacaq. Konfransda hər bir üzvün iştirakı mütləqdir. AKİ sədrinin seçkisi, Konfransın gündəliyinin əsas bəndidir”.


Hələlik həmin vəzifəyə iki namizəd var: AKİ sədrinin səlahiyyətlərini icra edən Xalq artisti Şəfiqə Məmmədova və qurumun katibi, rejissor Əli İsa Cabbarov.


Aydan Hacı



Telegram kanalımız