Zamanla mobil telefonların dinamiklərində toz və kir yığılması səsin boğulmasına və xırıltılı olmasına səbəb olur. 




Sfera.az xəbər verir ki, artıq telefon təmiri sexinə getmədən ev şəraitində praktik üsulla dinamiklərinizi təmizləyə bilərsiniz.




Cib telefonunuzun dinamikini təmizləmək üçün yalnız yumşaq tüklü qaş fırçasına ehtiyacınız var.




Təmizləmə prosesinə başlamazdan əvvəl telefonu söndürmək tövsiyə olunur. Daha sonra telefonu dinamik yuxarı baxacaq şəkildə düz bir səthə qoyun. Qaş fırçasını dinamik barmaqlığının üzərində yavaş hərəkətlə irəli-geri sürtün.




Çox sərt basmamaq vacibdir, çünki bu, barmaqlıqlar arasında yığılan toz və kirlərin çıxmasına imkan verir. Təmizləyərkən fırçanı yalnız bir istiqamətdə deyil, fərqli bucaqlarda istifadə etmək daha təsirli nəticə verir.




Prosesin sonunda yaranan tozu quru mikrofiber parça ilə silə bilərsiniz. Bu sadə üsul sayəsində dinamik səsi yenidən “yeni kimi” olacaq və telefon təmiri üçün əlavə xərclərdən qaçmaq mümkün olacaq.


 


Mənsumə

Sfera.az