Bəzi rəqəmlər insan xarakterinə təsir edən “enerji xüsusiyyətləri” daşıyır.
Sfera.az xəbər verir ki, 1, 3 və 5 rəqəmləri daha aktiv, impulsiv və dəyişkən xarakterlə əlaqələndirilir. Həmin rəqəmlərin liderlik, ünsiyyət və sərbəstlik kimi xüsusiyyətləri simvolizə etdiyi bildirilir.
Bəzi şərhlərdə isə 7 və 9 rəqəmləri də emosional və daxili aktivliklə əlaqələndirilir. Bu rəqəmlərin doğum tarixində üstünlük təşkil etməsi insanın daha enerjili, tez reaksiya verən və hərəkətli xarakterə sahib olmasına işarə edə bilər.
Psixoloqlar qeyd edirlər ki, hiperaktivlik və davranış xüsusiyyətləri doğum tarixi və ya rəqəmlərlə yanaşı, genetik, nevroloji və sosial amillərlə müəyyən olunur.
Niyaz Hacıyev
Sfera.az