Süni intellekt və video montaj texnologiyalarının birləşməsi kontent yaradıcıları üçün yeni dövr vəd edir.
Sfera.az xəbər verir ki, məlumata görə, “Google”un süni intellekt köməkçisi “Gemini” ilə məşhur video montaj platforması “CapCut” arasında yeni inteqrasiya hazırlanır.
Yaxın zamanda istifadəyə veriləcəyi bildirilən bu yenilik sayəsində istifadəçilər videolarını birbaşa “Gemini” interfeysindən çıxmadan redaktə edə biləcəklər. Beləliklə, müxtəlif tətbiqlər arasında keçid etmədən montaj, kəsmə, birləşdirmə və digər video düzəlişləri daha sürətli şəkildə həyata keçiriləcək.
Yeni sistem xüsusilə sosial media kontent yaradıcıları, bloqqerlər və rəqəmsal marketinq sahəsində çalışan şəxslər üçün böyük rahatlıq yaradacaq. İnteqrasiya vasitəsilə istifadəçilər həm süni intellekt dəstəyi alacaq, həm də video montaj prosesini vahid platforma üzərindən idarə edə biləcəklər.
Fidan Hacızadə
Sfera.az