Bakırköy Respublika Baş Prokurorluğu məşhur şəxsləri hədəf alan narkotik əməliyyatında yeni dalğa həyata keçirib. Əməliyyat zamanı Türkan Şorayın qızı Yağmur Ünal, Eren Kesimer və Semiha Bezek nəzarətə alınıb.




Sfera.az-ın məlumatına görə, İstanbul Vilayət Jandarma Komandanlığı səhər saat 07:00-dan etibarən Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında 24 ünvan, Muğlada isə bir ünvanda əməliyyat aparıb. Ümumilikdə 25 şübhəli hədəf götürülüb. Axtarışlar zamanı Mabel Matiz, Feyza Civelek, Volkan Bahçekapılı, Onur Tuna, Berkay Şahin, Osman Haktan Canevi, Aslıhan Turanlı, Kübra İmren Siyahdemir, Mehmet Rahşan, Cansu Tekin, Özgür Deniz Cellat, Tarık Tunca, Aycan Tunca, Bakır Doğan, Bakır Tunca, Hanzadə Gürkanlar və Yasemin İkbal nəzarətə alınıb.




Aktrisa Serenay Sarıkaya xaricdə olduğundan əməliyyat zamanı tutulmayıb. Müğənni Tan Taşçının Muğladakı ünvanında isə axtarış aparılıb. Şübhəli Mirgün Sırrı Cabaşın atası vəfat etdiyi üçün o, İzmirdən İstanbula gələcək. Muğlada Niran Ünsalın tutulması üçün işlər davam edir.




Hazırda həbs qərarı verilmiş, lakin başqa şəhər və ya xaricdə olan şəxslər arasında Serenay Sarıkaya, Tan Taşçı, Yağmur Ünal, Mirgün Sırrı Cabaş, Hakan Aydın və Niran Ünsal yer alır.


 


Mənsumə

Sfera.az