“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) daha bir qrup aktyorla əməkdaşlığa başlayıb.


“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, AzTV bununla bağlı aktyorlarla müqavilə bağlayıb.


Müqavilədə müxtəlif seriallar üzrə xidmətin satın alınması nəzərdə tutulur. pizza hut


“Məhməd: Fəthlər Sultanı” serialı üzrə xidmətin satın alınması ilə bağlı bağlanmış müqaviləyə əsasən, aşağıdakı aktyorlar layihəyə ödənişli şəkildə cəlb olunub:


Ocaqverdiyeva Təranə Fikrət qızı - 4.300 AZN


Qeybullazadə Natəvan Əhlulla qızı - 4.500 AZN


Rüstəmov Səyyar Mənsur oğlu - 4.800 AZN


Zeynalov Ramil Vaqif oğlu - 4.800 AZN


Məmmədli Rövşən Firudin oğlu - 4.350 AZN 


Mirişov Mahir Fətulla oğlu - 4.500 AZN


Hüseynov Şövqi Ərəstun oğlu - 4.500 AZN


Rüstəmov Elşən Mərdan oğlu - 4.800 AZN


Bundan əlavə, “IV divar” bədii televiziya serialı üzrə xidmətin satın alınması ilə bağlı bağlanmış müqaviləyə əsasən, aşağıdakı aktyorlar layihəyə ödənişli şəkildə cəlb olunub:


Zeynalov Əjdər Mehdi oğlu - 5.632 AZN


Şahbazova-Qasımova Könül Əmir qızı - 2.050 AZN


Rüstəmli Sabirə Elxan qızı - 11.162 AZN 


Mürsəlov Nigar Akif qızı - 8.732 AZN 


İsmayılov Qurban İbrahim oğlu - 10.532 AZN


Eldarova Nəsibə Novruz qızı - 900 AZN


Əhmədov İbrahim Çingiz oğlu - 6.082 AZN


Məmmədov Əlibəy Fikrət oğlu - 5.432 AZN


Atakişiyev Firdovsi Nurəddin oğlu - 7.032 AZN


Ağakişiyev Rauf Fikrət oğlu - 5.532 AZN



Telegram kanalımız