Texnologiya nəhəngi “Apple”, “iPhone 17 Pro” modellərində alüminium dizayna keçid etsə də növbəti nəsil “iPhone”lar üçün titan ərintisinin daha inkişaf etmiş versiyasını hazırlayır.


 


Sfera.az xəbər verir ki, şirkət yeni ərinti üzərində fəal şəkildə işləyir. Məqsəd titanın aşağı istilik keçiriciliyi problemini həll etmək və cihazın qalınlığını artırmadan çəkini azaltmaqdır. Məlumata görə, “Apple premium “iPhone” modellərində titan korpuslarına qayıtmağı planlaşdırır.


 


Şirkət davamlılıq üstünlüyü səbəbi ilə “iPhone Air” kimi nazik cihazlarda titandan istifadəyə davam edir və eyni zamanda maye metal kimi alternativ materialları da nəzərdən keçirir. Gələcəkdə planlaşdırılan sistemə daxil ediləcək buxar kameralı soyutma texnologiyası sayəsində titan “Pro” modelləri üçün praktik seçim olacaq.


 


Mənsumə


Sfera.az