Hindistanda yaşayan 74 yaşlı kişi qeyri-adi bir plan qurub. Ölümündən sonra dəfn mərasiminə kimin gələcəyi ilə maraqlanan kişi öz ölüm xəbərini yayıb. Sonra saxta dəfn mərasimi təşkil edib. O, tabutdan qalxanda kəndlilər çox təəccübləniblər. 


 


Sfera.az bildirir ki, Hindistanın Bihar əyalətinin Konçi kəndində yaşayan 74 yaşlı Mohan Lal insanların ölümündən sonra onun haqqında nə düşünəcəyini öyrənmək istəyib. Keçmiş Hərbi Hava Qüvvələri üzvü Mohan Lal bunu etmək üçün olduqca qəribə bir yol seçərək öz dəfn mərasimini təşkil etmək qərarına gəlib.


 


Mohan Lal bəzi qohumlarından onun ölüm xəbərini yaymalarını istəyib. Kəndlilər onun vəfat etdiyini eşidəndə dəfn mərasimində iştirak ediblər. Ənənəvi mərasimləri bir çox insan müşayiət etsə də, sonradan əslində ölüm olmadığı məlum olub.


 


Kəndlilər onu bəzədilmiş cənazə arabasında krematoriyaya apararkən Mohan Lal qəfildən ayağa qalxıb. Mərasimdə iştirak edənlər öldüyünü düşündükləri adamın qarşılarında dayandığını görüb çox təəccübləniblər.


 


Bunu niyə planlaşdırdığı soruşulduqda, Mohan Lal insanların ölümündən sonra ona nə qədər hörmət və sevgi göstərəcəyini görmək istədiyini bildirib. Onun məqsədi insanların həqiqətən dəfn mərasiminə gəlib-gəlməyəcəyini öz gözləri ilə görmək olub.




Kəndlilərdən Üzr İstəmək üçün Ziyafət Verib


 


Saxta dəfn mərasimi tez bir zamanda kənddə böyük bir hadisəyə çevrilib. Mohan Lalın planı əvvəlcə insanları təəccübləndirsə də, yüzlərlə insanın dəfn mərasiminə qatılması onu məmnun edib. Çünki bu iştirak, kəndlilərin ona olan hörmətini görmək istədiyi bir sınaq idi.


 


Mərasimin gerçək olmadığını öyrənən kəndliləri sakitləşdirmək istəyən Mohan Lal sonradan hər kəs üçün böyük bir ziyafət verib. Beləliklə, ölümünü səhnələşdirməklə başlayan qəribə hekayə kəndlilər üçün ziyafətlə başa çatıb.


 


Aynil