Bəzi insanlar təhlükəsiz yolu seçməyi üstün tutsa da, digərləri qeyri-müəyyənlikdən qorxmadan yeni macəralara atılmağı sevir. Astroloqların fikrincə, müəyyən bürclər risk etməyə daha meyilli olur və həyatda böyük uğurlara imza atmaq üçün cəsarətli qərarlar verməkdən çəkinmirlər.


 


Sfera.az risk etməyi sevən bürcləri təqdim edir:


 


Qoç




Qoç bürcü cəsarəti və liderlik xüsusiyyətləri ilə tanınır. Onlar sürətli qərarlar qəbul etməyi və yeni təcrübələr qazanmağı sevirlər. Qoçlar üçün risk bəzən qorxulu deyil, əksinə həyəcanverici bir çağırışdır. Bu səbəbdən biznes, idman və şəxsi həyatda tez-tez gözlənilməz addımlar atırlar.


 


Şir




Şirlər diqqət mərkəzində olmağı və böyük uğurlar qazanmağı sevirlər. Onlar öz bacarıqlarına güvəndikləri üçün risk etməkdən çəkinmirlər. Şir bürcü nümayəndələri bəzən böyük qazanc əldə etmək naminə təhlükəli görünən qərarlar da verə bilirlər.


 


Oxatan




Macərapərəstliyi ilə seçilən Oxatan bürcü risk anlayışını həyatın ayrılmaz hissəsi hesab edir. Yeni ölkələr kəşf etmək, fərqli sahələrdə özünü sınamaq və qeyri-adi layihələrə qoşulmaq onların xarakterinə uyğundur. Oxatanlar uğursuzluqdan çox, sınamadan peşman olmağı daha böyük itki hesab edirlər.


 


Dolça




Dolçalar yenilikçi düşüncələri ilə seçilir və stereotipləri qəbul etmirlər. Onlar fərqli ideyaları həyata keçirmək üçün risk almağa hazır olurlar. Bir çox Dolça nümayəndəsi cəmiyyətin qəbul etmədiyi layihələrə və ya qərarlara cəsarətlə imza atır.


 


Əqrəb




Əqrəblər hər addımlarını hesablasalar da, məqsədlərinə çatmaq üçün böyük risklərə gedə bilirlər. Onlar emosional və maddi məsələlərdə qorxmadan ciddi qərarlar qəbul edir, çətin vəziyyətlərdə belə geri çəkilməməyi üstün tuturlar.


 


Astroloqlar qeyd ediblər ki, risk etməyə meyl yalnız bürclə bağlı deyil. İnsanların xarakteri, həyat təcrübəsi və yaşadığı mühit də qərarvermə prosesinə təsir göstərir. Bununla belə, Qoç, Şir, Oxatan, Dolça və Əqrəb bürcləri riskə daha açıq olan bürclər sırasında xüsusi yer tutur.




Bəsti Rəfizadə

Sfera.az