Bu ilin yanvar–aprel aylarında Azərbaycandan dünyanın digər ölkələrinə bitumlu süxurlardan əldə olunan 7,923 milyon ton xam neft və neft məhsulları ixrac edilib. İxracın ümumi dəyəri 4,365 milyard ABŞ dolları təşkil edib.


 


Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat açıqlayıb.


 


Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 198 milyon ABŞ dolları və ya 4,3% , fiziki həcm baxımından isə göstərici 281 min ton və ya 3,4% azalıb.


 


Bu ilin yanvar–mart aylarında Azərbaycandan ən çox neft idxal edən ölkələrin siyahısına İtaliya (4,766 milyon ton – 2,531 milyard dollar) başçılıq edir. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton – 247,8 milyon dollar) və Çexiya (433,1 min ton – 245,7 milyon dollardan çox) qərarlaşıb.


 


Aşağıdakı cədvəldə 2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan xam neft və neft məhsullarının 10 ən böyük idxalçısı göstərilib:


 






Ölkə




İdxal həcmi




İdxal dəyəri (ABŞ dolları ilə)






İtaliya




4 766 277.87




2 531 469 100






Rumıniya




461 317.25




247 844 980






Çexiya




433 064.35




245 721 480






Yunanıstan




284 374.74




182 764 510






Bolqarıstan




277 990.61




182 322 500






Portuqaliya




319 393.36




168 954 130






Xorvatiya




276 342.95




162 720 430






Almaniya




270 476.00




127 484 410






Tailand




137 360.18




103 328 320






Tunis




183 708.58




94 503 370






Digər




512 780.79




318 184 350






 


Qeyd edək ki, Azərbaycandan neft qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri vasitəsilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru kəməri ilə nəql müvəqqəti olaraq dayandırılıb.