Məşhur türk pop musiqiçisi Tan Taşçının konsertində qorxulu anlar yaşanıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, səhnədə çıxışı zamanı ifaçı, alov effektlərinin qəfil üzünə doğru yüksəlməsi ilə böyük təhlükə ilə üz-üzə qalıb.
Hadisə anı tamaşaçıların kameralarına anbaan düşüb.
Şounun bir parçası olaraq quraşdırılan alov maşınından çıxan atəş, sənətçi səhnədə hərəkət edərkən birdən-birə onun düz üzünə doğru parlayıb. Alovun yüksəlməsi ilə cəld hərəkət edərək geriyə çəkilən Tan Taşçı, tüstülənən saçlarını və vəziyyətini yoxladıqdan sonra heç bir fasilə vermədən konsertinə davam edib.
Səhnə önündəki alovlardan son anda qurtulan sənətçinin yaşadıqları konsertə gələn vətəndaşların mobil telefon kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb. Görüntülərdə alovun qəfil parlaması və ifaçının saçından tüstü çıxdığı qorxulu anlar aydın şəkildə əks olunub.
Bəsti Rəfizadə
Sfera.az