İran Müdafiə Nazirliyinin sözçüsü Rza Telayinik ABŞ və İsrailin İranla bağlı siyasətini tənqid edərək sərt bəyanat verib.


 


Sfera.az xəbər verir ki, Telayinik “Tesnim” xəbər agentliyinə açıqlamasında bildirib ki, İranın legitim hüquqlarının qəbul edilməməsi ABŞ üçün daha ağır nəticələr doğuracaq.


 


Onun sözlərinə görə, münaqişənin davam etməsi həm ABŞ xalqına, həm də beynəlxalq ictimaiyyətə ciddi ziyan vurur:


 


“Trampın İran xalqının tələblərini və ölkəmizin qanuni hüquqlarını qəbul etməkdən başqa çarəsi yoxdur”.


 


İran rəsmisi həmçinin qeyd edib ki, müharibənin dayandırılması yalnız İranın irəli sürdüyü təkliflərin qəbul edilməsi ilə mümkündür və bu əlavə itkilərin qarşısını ala bilər.


 


Mənsumə




Sfera.az