Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Mehdixanlı kəndi ərazisində baş verib.


Belə ki, Nadir Rəşid oğlu Həsənovun sükanı arxasında olduğu VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb. pizza mizza


Qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova isə həlak olub.


Faktla bağlı araşdırma aparılır./Report



Telegram kanalımız