Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.


 


Sfera.az bildirir ki, hadisə Mehdixanlı kəndi ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü Nadir Rəşid oğlu Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb.


 


Qəza nəticəsində sürücü Nadir Həsənov ağır xəsarətlər alıb. Avtomobildə olan 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova isə hadisə yerində həyatını itirib.


 


Faktla bağlı araşdırma aparılır./unikal