Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az-ın xəbərinə görə, hadisə zamanı “Opel” markalı avtomobil velosipedçi, 2005-ci il təvəllüdlü Tural Cəbrayılovu vurub.


 


Qəza nəticəsində ağır bədən xəsarətləri alan velosipedçi Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


 


Ətraflı


Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.


 


Faktla bağlı araşdırma aparılır./lent