Sosial medianın ilk illərindən bir çox sima yaddaşımızda qalıb. Üstəlik, bu simalardan tez-tez “Facebook”da saxta profillər yaradan insanlar istifadə edirdilər. Üzü ən çox istifadə edilən və saxta hesablar üçün yem olan adlardan biri braziliyalı model Fransisko Laçovski idi. Bir vaxtlar "o oğlan" kimi tanınan məşhur modelin son görünüşü ortaya çıxdı.


 


Sfera.az bildirir ki, Fransisko Laçovski 2000-ci illərin ruhunu əks etdirən adlardan, modellik karyerasına gənc yaşlarında başlayan biri olub.


 


Lakin, dünyanın hər yerində bir çox insan onu nüfuzlu brendlər üçün modellik etdiyi üçün deyil, “Facebook” və ya “MSN Messenger” kimi platformalarda saxta hesablar tərəfindən yem kimi istifadə edildiyi üçün tanıyırdı. O dövrün "körpə üzü" dəbini və populyar saç düzümünü əks etdirən Laxovski sosial mediadan fəal şəkildə istifadə edir.


 


Keçmiş dövrün ən axtarılan “Facebook” siması indi “TikTok”da peyda olub.


 


1991-ci ildə Braziliyada anadan olan Polşa, Portuqaliya və Alman əsilli supermodel Laxovski əsl irəliləyişini 2000-ci illərin sonlarında yaşayıb. 2013-cü ildə 2010-cu ildə tanış olduğu Kanadalı model Jessiann Gravel Beland ilə evlənib və iki övladı var. "Həmin oğlan" aktiv şəkildə modellik etməyə davam edir. 35 yaşına çatan Laçovski sosial mediada 4 milyondan çox izləyicisi olan ailəcanlı insan kimi seçilir.


 


Aynil