Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad edilib.


“Yeni Sabah” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin mayın 26-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.


Səsvermə nəticəsində N.Əliyev hakim vəzifəsindən azad olunub. pizza sifarişi


Qeyd edək ki, Əliyev Nural Turab oğlu 1986-cı ildə Bakıda anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetin Hüquq fakülətsini bitirib. 2009-2016-cı illərdə Ali Məhkəmənin katibi, 2016-2018-ci illərdə Sabunçu Rayon Prokurorluğunda müstəntiq vəzifələrində çalışıb.


2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub.


N.Əliyev 2022-ci ilin dekabr ayının 23-də Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.


Nazim Hacıyev



Telegram kanalımız