Alimlər böyük zəlzələlərin yaranma mexanizmini daha yaxşı anlamağa imkan verən yeni bir kəşfə imza atıblar.
Sfera.az xəbər verir ki, Yaponiyada aktiv qırılma xəttində aparılan araşdırmalar zamanı qayalar arasında “ultra-sürüşkən” xüsusiyyətə malik bir maddənin qırılma hərəkətini səssiz və tədricən istiqamətləndirdiyini müəyyən edilib.
Tədqiqatçılar əvvəlcə bu maddənin qrafit olduğunu güman etsələr də laborator analizlər nəticəsində onun daha yüksək sürüşkənliyə malik qrafen oksidi olduğu üzə çıxıb. Alimlərin bildirdiyinə görə, bu maddə qaya səthləri arasında təbii sürtkü kimi davranaraq qəfil qırılmaların əvəzinə “yavaş sürüşmə” prosesini təşviq edə bilər.
Mütəxəssislər hesab edirlər ki, qrafen oksidi qırılma xətti boyunca hərəkət etdikcə yenidən formalaşa bilər. Bu isə qırılma zonasında müəyyən “özünü tənzimləyən” mexanizmin mövcud ola biləcəyinə işarə edir.
Digər tərəfdən, Sakit okeanda aparılan əlavə tədqiqatlar zamanı zəlzələ enerjisini zəiflədən xüsusi qaya strukturları da aşkar edilib. Alimlər bildirirlər ki, su ilə dolu məsaməli süxurlar seysmik dalğaların gücünü azaldaraq böyük çatların yayılmasını qismən ləngidə bilər.
Mütəxəssislərin fikrincə, bu təbii mexanizmlər gələcəkdə zəlzələlərin proqnozlaşdırılması və risklərin qiymətləndirilməsi sahəsində mühüm rol oynaya, həmçinin yeni mühəndislik həllərinə ilham verə bilər.
Mənsumə
Sfera.az