İspaniyanın Kralı VI Felipe Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


 


Sfera.az xəbər verir ki, məktubda deyilir:


 


"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.


 


Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram".