Ağdaşda piyada ölümü ilə nəticələnən qəza baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.


 


Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən yolu keçmək istəyən Ağdaş rayon Orta Ləki kənd sakini 1937-ci il təvəllüdlü Qırımxan Xaspoladovu vurub.


 


Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


 


Faktla bağlı araşdırma aparılır.