Göyçayda baş vermiş qəzada ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.
Sfera.az xəbər verir ki, qəza zamanı 1970-ci il təvəllüdlü Salahov Hüseyn və 2016-cı il təvəllüdlü L. Feyzullayeva ölüblər.
1968-ci il təvəllüdlü Əmrahov İmran, 1964-cü IL təvəllüdlü Əmirova Mehriban, 1998-ci il təvəllüdlü Arzu Feyzullayeva və 2 yaşlı uşaq (qız) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
(APA)