Göyçayda kişini ilan sancıb.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Şəkər kəndində qeydə alınıb.


 


Kənd sakinlərinin sözlərinə görə, mal otaran zaman 1972-ci il təvəllüdlü Eldar Ağasəf oğlu Əliyevi ilan sancıb.


 


Sakinlərin köməyi ilə o, xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.


 


E. Əliyevin hazırda müalicə aldığı bildirilir.