Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,18 ABŞ dolları və ya 3,92 % azalaraq 102,3 ABŞ dolları təşkil edib.


 


Sfera.az xəbər verir ki, "Brent" markalı neftin qiyməti isə 99,59 ABŞ dolları olub.


 


Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.