Cəlilabad rayonunda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.


"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, hadisə Privolnoye kəndində qeydə alınıb.


2007-ci il təvəllüdlü Elşən Abbasov dostları ilə birlikdə kənd ərazisindən axan çayın yaxınlıqda olan su hövzəsinə çimməyə gedib. O çimən zaman ehtiyatsızlıq nəticəsində suda boğulub. Dördpendirli pizza


Orada olan dostları onu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Sonra onun cansız bədəni sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.


Mərhum ailənin 3 övladından biri olub.


Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alırdı və iyul ayında hərbi xidmətə yola düşəcəkdi. Faktla bağlı araşdırmalar davam etdirilir.



Telegram kanalımız