Bəzi insanlar problemlərə sakit yanaşdığı halda, bəzi bürclər ən kiçik hadisəni belə böyük məsələyə çevirə bilir. Astroloqlara görə, emosional və həssas xarakterə sahib olan bürclər hadisələri olduğundan daha dramatik qəbul etməyə meyllidir. Onlar kiçik bir sözü, adi bir baxışı və ya sadə anlaşılmazlığı uzun müddət düşünə bilir. Bu xüsusiyyət isə zaman-zaman münasibətlərdə gərginlik yaradır.


 


Sfera.az qarışqadan fil düzəldən 5 bürcü təqdim edir:


 


Xərçəng


 


Xərçəng bürcü hər şeyi ürəyinə salması ilə tanınır. Kiçik bir söz belə onları uzun müddət narahat edir, keflərini pozur. Xərçənglər hadisələri emosional şəkildə düşündükləri üçün problemi gözlərində böyütməyə meylli olurlar. Bəzən qarşı tərəfin fərqinə belə varmadığı mövzunu günlərlə düşünürlər.


 


Qız


 


Qız bürcü detallara həddindən artıq diqqət yetirir. Ən xırda problemi belə analiz etməyə başladıqda məsələ daha da böyüyür. Onlar hər şeyi mükəmməl görmək istədiyi üçün kiçik səhvləri belə ciddi problem kimi qəbul edirlər. Bu səbəbdən ətrafdakılar tərəfindən çox vaxt “hər şeyi böyüdür” kimi qiymətləndirilirlər. Qızların bu xüsusiyyəti çox vaxt dost-tanışın onlardan uzaqlaşması ilə nəticələnir.


 


Əqrəb


 


Əqrəb bürcü hadisələrin arxasında gizli məna axtarmağı sevir. Sadə bir davranışı belə şübhə ilə qarşılayıb fərqli mənalar çıxarmaq onlar üçün adi haldır. Bu isə Əqrəblərin hadisələri olduğundan daha ağır qəbul etməsinə səbəb olur. Xüsusilə güvən mövzusunda çox həssas olduqları üçün problemləri tez böyüdürlər.


 


Şir


 


Şir bürcü diqqət və hörmət məsələsinə qarşı çox həssasdır. Kiçik bir laqeydlik və ya tənqid belə onların gözündə böyük problemə çevrilir. Özlərini dəyərsiz hiss etdikdə hadisəni dramatik şəkildə qəbul etməyə başlayırlar. Yaxşı adamlardırlar, amma belə dözülməz xüsusiyyətləri var./mətbuat