Türkiyənin Bursa şəhərində 60 yaşlı Cüneyt Taşkıran bacısı oğlu, 35 yaşlı Erdem Alay tərəfindən döyülərək öldürülüb.
Sfera.az bildirir ki, hadisə 3 gün ərzində yaralı anası və dayısının meyiti ilə eyni evdə qalan Erdem Alayın spirtli içkinin təsiri altında taksi sürücülərinə dayısının öldüyünü deməsindən sonra üzə çıxıb. Taksi sürücülərinin məlumatı əsasında hüquq-mühafizə orqanları hadisədən xəbər tutub.
Hadisə mayın 23-də günorta saatlarında Türkiyənin Bursa şəhərinin Osmanqazi qəsəbəsində baş verib.