Gəncədə ötən gecədən başlayaraq güclü külək nəticəsində şəhər ərazisində təxminən 10-a yaxın irigövdəli ağac aşıb.


 


Sfera.az xəbər verir ki, şəhərdə əsən küləyin gücü 20-30 m/san olub.


 


Əraziyə Gəncə Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin ( MKTİB) işçiləri cəlb olunub.


 


Küləyin törətdiyi fəsadlar aradan qaldırılmasına başlanılıb. Belə ki, bu gün səhər saatlarından başlayan işlərə MKTİB-nin texnikası cəlb edilərək qırılan ağaclar hadisə yerindən yığışdırılıb. Aşma ehtimalı olan ağaclar zərərsizləşdirilib.


 


Hazırda MKTİB-nin canlı qüvvə və texnikası təhlükə yaradan ağacların budanma işlərini davam etdirirlər.\qafqazinfo