Yuxarı Qarabağ kanalından meyit tapılıb.


"Yeni Sabah" xəbər verir ki, kanalın Ağcabədi rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.


Meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. pizza hut


Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır./Report



Telegram kanalımız