48 yaşlı bir kişi planetin ən yüksək vulkanına paraşütlə tullanıb. 


 


Sfera.az  bildirir ki, "Super Tum" kimi tanınan taylandlı paraşütçü Thanaboworn Sirikunakornkun, Çilidə dünyanın ən yüksək aktiv vulkanı olan Ojos del Saladoya tarixi eniş edib. Onun dəniz səviyyəsindən 5442 metr yüksəklikdə tullanması rəsmi olaraq yeni dünya rekordu kimi tanınıb.


 


Hadisə 14 martda baş tutub. Ginnesin Rekordlar Kitabına görə, paraşütçü 2023-cü ildə qeydə alınan 5317 metrlik əvvəlki rekordu keçib.


 


48 yaşlı daşınmaz əmlak sahibkarı və universitet professoru paraşütlə tullanmağa yalnız 2024-cü ildə başlayıb, lakin artıq 1250 tullanma həyata keçirib. O, həmçinin Tayland parlamentində lider mövqe tutur. Rekordçunun sözlərinə görə, valideynləri ona "Tum" ləqəbini veriblər və o, daha sonra gücünün və daşıdığı məsuliyyətin simvolu olaraq "Super" prefiksini alıb.


 


"Mənzərə inanılmaz dərəcədə gözəl idi"-deyə paraşütçü paylaşıb. 


 


"Əvvəllər heç vaxt belə bir şey görməmişəm. Bu, müxtəlif mineralların vulkanı göy qurşağına bənzətdiyi həqiqətən heyrətamiz bir yerdir”.


 


Ojos del Salado özünəməxsus və gözəl yeri ilə seçilir. Ekstremal idmançının əsas məqsədi vətəninə şöhrət gətirmək və Taylandı dünyada fəxrlə tanıtmaqdır. O, tullanma zamanı inamlı və özünü xoşbəxt hiss etsə də, rekordun rəsmi təsdiqlənməsi xəbəri onu dərindən təsirləndirib.


 


İndi "Super Tum" öz ölkəsində daha bir rekord vurmağı planlaşdırır və başqalarını özünə inanmağa təşviq edir.


 


"Hər kəsin xüsusi qabiliyyətləri var. Hər kəs özünəməxsus şəkildə "Super" ola bilər. Unutmayın: heç kimin sizi alçaltmasına və ya xəyallarınızı məhv etməsinə icazə verməyin. Qətiyyətli, sədaqətli, intizamlı olun və kainat sizə güc verəcək"- deyə paraşütçü qeyd edib.


 


Aynil