Bu gündən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib.


“Yeni Sabah” Trend-ə istinadla xəbər verir ki, artıq fərdi identifikasiya nömrəsi (FİN və şifrə) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə etmək mümkün olmayacaq.


Belə ki, vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər. Dominos pizza


Bunlar “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” xidmətləridir.


Qeyd edək ki, fərdi identifikasiya nömrəsi ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olmaq imkanları qüvvədə saxlanılır.


Gömrük rəsmiləşdirilməsinin daha sürətli tamamlanması məqsədilə “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR”ın əvvəlcədən əldə olunması tövsiyə edilir.



Telegram kanalımız